Holann Tyerri Anrinin nailiyyətini təkrarlayıb
Futbol
- 25 may, 2023
- 07:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann "Arsenal"ın sabiq hücumçusu Tyerri Anrinin nailiyyətini təkrarlayıb.
"Report" "Opta"ya istinadən xəbər verir ki, norveçli forvard buna Premyer Liqanın XXXII turunda təxirə salınmış "Brayton"la qarşılaşmada yiyələnib.
Heç-heçə ilə başa çatan (1:1) görüşdə məhsuldar ötürmə ilə yadda qalan Holann cari mövsüm 44 qolun (36 qol, 8 məhsuldar ötürmə) vurulmasında yaxından iştirak edib. Bu, 38 matçlıq çempionatda rekorddur.
Tyerri Anri 2002/2003 mövsümündə London təmsilçisində 24 qol vurub və 20 məhsuldar ötürmə verib.
Ümumi rekord isə Alan Şişerə məxsusdur. O, 1994/1995 mövsümündə 47 oyunda 34 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
15:39
"Gəncəbasar" klubuna yeni prezident təyin olunub
Futbol
15:38
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8 %-ə yaxın artıb
Biznes
15:33
Aİ-də "TikTok" alqoritmləri istifadəçilərin psixi sağlamlığı üçün təhlükəli hesab edilib
Digər ölkələr
15:31
Azərbaycan və Çin hava əlaqələrinin genişləndirilməsini müzakirə edib
Turizm
15:31
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
Digər ölkələr
15:27
PFL I Liqada "Ayın qolu"nun müəllifini mükafatlandırıb
Futbol
15:20
Foto
Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb
Sosial müdafiə
15:17
Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Ekologiya
15:10
Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
Digər ölkələr