Elmar Baxşıyev: "Həm "Qarabağ", həm də "Ayntraxt" hücum futboluna üstünlük verəcəklər"
Futbol
- 21 yanvar, 2026
- 11:16
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda bu gün Bakıda üz-üzə gələcək "Qarabağ" və "Ayntraxt" (Frankfurt, Almaniya) komandaları hücum futboluna üstünlük verəcəklər.
Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Mütəxəssis şansları dəyərləndirib:
"Qarabağ" evdə oynadığı üçün şansların bərabər olduğunu düşünürəm. UEFA Çempionlar Liqasında hər komanda meydandan qalib ayrılmaq gücündədir. Bunu oyunlar da göstərir. Hər iki komanda üçün vacib görüş olduğuna görə hücum futboluna üstünlük verəcəklər. "Qarabağ" qələbə qazansa, yaxşı fürsət əldə etmiş olacaq".
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Son xəbərlər
16:44
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət16:43
Foto
Nazir: "Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir"
ASK16:41
Foto
Azərbaycanın Qazaxıstandakı səfiri azərbaycanlı tələbələrlə görüşüb
Elm və təhsil16:40
İnfrastruktur kifayət etmir: Azərbaycanda turizmin yeni inkişaf modeli formalaşır – ARAŞDIRMA
Turizm16:37
Azərbaycanda ötən il haqsız rəqabətlə bağlı 75 obyektin fəaliyyəti araşdırılıb
Biznes16:37
Japarov Qırğızıstan Təhlükəsizlik Şurasının katibini vəzifəsindən azad edib
Region16:35
ABŞ vitse-prezidenti: Qəzza üzrə Sülh Şurası XXI əsrdə sülhün yeni formatı olacaq
Digər ölkələr16:34
AIIB Bakı metrosunun genişləndirilməsi üzrə krediti təsdiqləyib
Maliyyə16:22