Dünyanın ən dəyərli futbol klublarının reytinqi açıqlanıb

Dünyanın ən dəyərli futbol klublarının reytinqi açıqlanıb "Forbes" jurnalı dünyanın ən dəyərli futbol klublarının reytinqini açıqlayıb.
Futbol
31 May , 2023 18:52
Dünyanın ən dəyərli futbol klublarının reytinqi açıqlanıb

"Forbes" jurnalı dünyanın ən dəyərli futbol klublarının reytinqini açıqlayıb.

"Report" xəbər verir ki, siyahıya İspaniya "Real Madrid"i başçılıq edir. "Kral klubu"nun dəyəri 6,07 milyard ABŞ dollarıdır.

İkinci pillədə İngiltərə "Mançester Yunayted"i qərarlaşıb - 6 milyard dollar. İlk "üçlüy"ü İspaniya "Barselona"sı (5,51 milyard dollar) tamamlayır.

İngiltərə "Liverpul"u (5,29 milyard dollar) dördüncü, "Mançester Siti" (4,99 milyard dollar) beşincidir.

Dünyanın ən dəyərli klublarının "Top-10" reytinqinə, həmçinin, Almaniyanın "Bavariya" (4,86 milyard dollar), Fransanın PSJ (4,21 milyard dollar), İngiltərənin "Çelsi" (3,1 milyard dollar), "Tottenhem" (2,8 milyard dollar) və "Arsenal" (2,26 milyard dollar) klubları da daxildir.

Son xəbərlər

Orphus sistemi