"Qarabağ"ın potensial rəqibi püşkdən razıdır

"Qarabağ"ın potensial rəqibi püşkdən razıdır "Biz püşkatmadan razı qalmalıyıq. Bəlkə kimlərsə, xüsusilə də azarkeşlərimiz "Srvena Zvezda" ilə düşməyimizi istəyirdilər. Amma indiki halda püşkün nəticəsi bizi qane edir".
Futbol
923
1 Sentyabr , 2020 21:57
Qarabağın potensial rəqibi püşkdən razıdır
Zoran Mamiç

"Biz püşkatmadan razı qalmalıyıq. Bəlkə kimlərsə, xüsusilə də azarkeşlərimiz "Srvena Zvezda" ilə düşməyimizi istəyirdilər. Amma indiki halda püşkün nəticəsi bizi qane edir".

"Report"un məlumatına görə, bu fikirləri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Zoran Mamiç yerli "Dnevnik.hr" nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. 49 yaşlı mütəxəssis bildirib ki, hər şey öz əllərindədir: "Rumıniyada ÇFR-lə oyunda bəxtimiz gətirdi. Penaltilər seriyasından sonra mərhələ adlamaq hər zaman xoşdur. Eyni zamanda çox gərgin anlar yaşadıq. Başa düşürük ki, artıq şans payımızdan istifadə etmişik".

Xorvatiyalı mütəxəssis hələlik pley-off mərhələsindəki potensial rəqibləri şərh etmək istəmədiyini söyləyib: "Çünki hələ qarşıda "Ferentsvaroş"la çətin oyunumuz var. Bizim üçün çox gərgin və qeyri-adi matç olacaq".

Qeyd edək ki, pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.

"Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. 

Orphus sistemi