Dimitri Payet: "Ronaldunu zədələmək fikrində deyildim"
Futbol
- 11 iyul, 2016
- 08:07
Bakı. 11 iyul. REPORT.AZ/ Fransa milli komandasının futbolçusu Dimitri Payet Avropa çempionatının finalında Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunu zədələmək niyyətində olmadığını açıqlayıb. "Report"un məlumatına görə, Payet 25-ci dəqiqədə Ronalduya xəsarət yetirdiyi anı oyun epizodu kimi dəyərləndirib.
"Mən topu özümə qaytardım. Onu zədələmək fikrində deyildim. Meydanda pis oğlan rolunu oynamaq mənim təbiətimdə deyil. Buna heç kimin şübhəsi ola bilməz. Adi oyun epizodu idi, vəssalam" -deyə 29 yaşlı yarımmüdafiəçi bildirib.
Qeyd edək ki, Dimitri Payet Kriştianu Ronaldu ilə toqquşmasından sonra bir neçə saat ərzində sosial şəbəkələrdə ünvanına portuqaliyalı forvardın tərəfdarlarından 100 mindən çox təhqir və hədə alıb.
Son xəbərlər
08:17
Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxarıb
Region08:01
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Daxili siyasət07:55
Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
Digər ölkələr07:14
Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
Digər ölkələr06:43
Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
Digər ölkələr06:20
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
Digər ölkələr05:55
Fırtına Nyu-Yorkda bir nəfərin həyatına son qoyub
Digər ölkələr05:21
OpenAI ən güclü süni intellekt modellərinin təlimini müvəqqəti dayandırıb
İKT04:48