DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda üz-üzə gələcək Kanada və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.
Futbol
1 Dekabr , 2022 20:54
DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

Mərakeş milli komandası Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

"Report"un məlumatına görə, F qrupunun sonuncu - 3-cü turunda Kanadaya 2:1 hesabı ilə qalib gələrək birinci pillənin sahibi kimi pley-offa adlayıb.

Hesabı 4-cü dəqiqədə Hakim Ziyeş açıb. 23-cü dəqiqədə Yussuf En-Nesiri Mərekeşin üstünlüyünü 2 topa çatdırıb. 40-cı dəqiqədə Naif Agerdin öz qapısına vurduğu qol fərqin azalmasına səbəb olsa da, afrikalılar qələbə hesabını sonadək qoruya bilib.

Beləliklə, 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vurub. Kanada isə mundialla xalsız vidalaşıb.

20:07

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Afrika təmsilçisi hesabda öndədir - 2:1.

19:50

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Afrika təmsilçisi fasiləyə üstün yollanıb - 2:1.

19:42

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 40-cı dəqiqədə Afrika təmsilçisindən Naif Agerd avtoqol müəllifi olub - 1:2.

19:24

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, 23-cü dəqiqədə Yussuf En-Nesiri Afrika təmsilçisinin üstünlüyünü artırıb.

19:06

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda erkən qol vurulub.

"Report"un məlumatına görə, 4-cü dəqiqədə Hakim Ziyeş Afrika təmsilçisini hesabda önə keçirib.

19:00

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyunu start götürüb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

17:50

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda üz-üzə gələcək Kanada və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kanada: Milan Boryan; Stiven Vitoriya, Alister Conston, Kamal Miller; Sem Adekuqbe, Junior Hoylett, Mark Kaye, Conatan Osorio; Tedjon Byukenen, Alfonso Deyvis, Kayl Larin

Mərakeş: Yassin Bunu; Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui; Sofyan Amrabat, Abdelhamid Sabiri, Azeddin Unai; Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi