Dünyanın ən bahalı 100 futbolçusu bəlli olub

Dünyanın ən bahalı 100 futbolçusu bəlli olub 23 yaşlı forvardın transfer dəyəri 245,1 milyon avro göstərilib
Futbol
6 İyun , 2023 11:13
Dünyanın ən bahalı 100 futbolçusu bəlli olub

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunu açıqlayıb.

"Report" CIES-in rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Norveç millisinin və İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann qərarlaşıb.

23 yaşlı forvardın transfer dəyəri 245,1 milyon avro göstərilib.

Braziliya yığmasının və İspaniyanın "Real Madrid" komandasının üzvü Vinisius Junior (196,3 milyon avro) ikinci, İngiltərə millisinin və "Arsenal"ın hücumçusu Bukayo Saka (195,8 milyon avro) üçüncü sırada yer alıb.

İlk "10-luq"da, həmçinin, Dortmund "Borussiya"sından ingiltərəli Cud Bellingem (190,2), "Real Madrid"dən braziliyalı Rodriqo (184,5), İspaniya "Barselona"sından Pedri (178) və Qavi (174,1), Almaniya "Bavariya"sından Camal Musiala (170,2), "Mançester Siti"dən Fil Foden (166,8), Fransa PSJ-sindən isə Kilian Mbappe (163,2) də var.

Son xəbərlər

Orphus sistemi