AVRO-2020: Çexiya millisi Bakıya yeni iddia ilə gəlir

AVRO-2020: Çexiya millisi Bakıya yeni iddia ilə gəlir Çexiya yığması futbol üzrə Avropa çempionatının 1/4 final matçında da qalib gəlməyə qadirdir
Futbol
28 İyun , 2021 10:05
AVRO-2020: Çexiya millisi Bakıya yeni iddia ilə gəlir

Çexiya yığması futbol üzrə Avropa çempionatının 1/4 final matçında da qalib gəlməyə qadirdir.

"Report"un məlumatına görə, bu barədə komandanın kapitanı Tomaş Souçek Niderlandı 2:0 hesabı ilə yendikləri 1/8 final oyunundan sonra açıqlama verib.

"Biz əla çıxış etdiyimizi çoxdan bildirir, irəli gedə biləcəyimizə inanırdıq. Bunu sübuta yetirərək, nəhəng nailiyyətə imza atdıq. İnanıram ki, bu, hələ son deyil" deyə 26 yaşlı yarımmüdafiəçi vurğulayıb.

Qeyd edək ki, Çexiya millisi 1/4 finalda Danimarka ilə üz-üzə gələcək. İyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi