"Çelsi" ofşor şirkətlərə gizli ödənişlər etdiyi üçün cəzalana bilər

"Çelsi" ofşor şirkətlərə gizli ödənişlər etdiyi üçün cəzalana bilər İngiltərənin "Çelsi" klubuna sanksiya tətbiq edilə bilər.
Futbol
8 avqust 2023 20:23
Çelsi ofşor şirkətlərə gizli ödənişlər etdiyi üçün cəzalana bilər

İngiltərənin "Çelsi" klubuna sanksiya tətbiq edilə bilər.

"Report" "The Times"a istinadən xəbər verir ki, buna səbəb London təmsilçisinin Roman Abramoviçin prezidentliyi dönəmində ofşor şirkətlərə gizli ödənişlər etməsidir.

İddiaya görə, "zadəganlar"ın ABŞ-dan olan yeni sahibləri rusiyalı iş adamı ilə bağlı Premyer Liqaya, İngiltərə Futbol Assosiasiyasına və UEFA-ya şikayət ediblər. Klub rəhbərliyinin fikrincə, transferlərlə bağlı müxtəlif ofşor şirkətlərə ödənişlər olub və rəqəmlər illik maliyyə hesabatlarına daxil edilməyib. Bu isə liqanın qaydalarına ziddir.

Artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb. İttihamlar təsdiqini tapsa, "zadəganlar" həm yüksək məbləğdə cərimələnəcək, həm də mövsümə mənfi xallarla başlayacaq.

Qeyd edək ki, daha əvvəl UEFA "Çelsi"ni lisenziyalaşdırma və maliyyə feyr-pley qaydalarını pozduğuna görə 10 milyon avro məbləğində cərimələyib.

Son xəbərlər

Orphus sistemi