Canni De Byazi Azərbaycan millisindəki gələcək taleyindən danışıb

Futbol
  • 11 noyabr, 2021
  • 19:46
Canni De Byazi Azərbaycan millisindəki gələcək taleyindən danışıb

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi komandadakı gələcək taleyindən danışıb.

"Report"un məlumatına görə, bu barədə İtaliyalı mütəxəssis evdə Lüksemburqa 1:3 hesabı ilə uduzduqları dünya çempionatının seçmə oyunundan sonra açıqlama verib.

"Belə bir oyundan sonra müqavilə barədə danışmağın mənası yoxdur. Noyabrın 30-dək sözləşməm var. Federasiya agentimlə danışacaq. Mən də peşəkar kimi müqaviləmin sonunadək işimin başında olacağam", - deyə o vurğulayıb.