"Borussiya"nın hücumçusu 50 milyon avro qarşılığında klubdan ayrıla bilər
Futbol
- 01 dekabr, 2025
- 13:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Seru Qirassi 50 milyon avro qarşılığında Bundesliqa təmsilçisindən ayrıla bilər.
"Report" insayder Florian Plettenberqə istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun müqaviləsində sərbəst qalma bəndi var.
Forvard özü də yayda komandasını dəyişmək niyyətindədir.
Qirassi ilə İspaniyanın "Real", "Barselona", İngiltərənin "Mançester Siti", "Liverpul", "Çelsi", "Arsenal" və "Mançester Yunayted" klubları maraqlanır.
Qeyd edək ki, Seru Qirassi cari mövsüm 18 matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
08:04
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Daxili siyasət
07:44
WSJ: "Nvidia"nın İdarə Heyəti Jensen Huanqı baş direktor vəzifəsindən uzaqlaşdıracaq
Digər ölkələr
07:12
Rio-de-Janeyroda əhalinin üçdə biri cinayətkar qruplaşmaların nəzarəti altında yaşayır
Digər ölkələr
06:31
Yaponiyada mövsümün ilk quş qripi hadisəsi səbəbindən 200 min toyuq tələf ediləcək
Digər ölkələr
06:06
Video
Nyu-Yorkda binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı artıb - Yenilənib-2
Digər ölkələr
05:33
Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
Sağlamlıq
05:04
Kuşner hesab edir ki, Avropa Rusiya-Ukrayna danışıqlarında iştirak etməlidir
Digər ölkələr
04:42
WSJ: Vens İranın kəşfiyyat rəsmisi ilə şəxsən danışıqlar apara bilər
Digər ölkələr
04:18
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər
Digər ölkələr