Berlində II Bundesliqa oyunundan əvvəl baş verən qarşıdurmada 50-dən çox insan yaralanıb

Futbol
  • 18 yanvar, 2026
  • 03:11
Berlində II Bundesliqa oyunundan əvvəl baş verən qarşıdurmada 50-dən çox insan yaralanıb

Almaniyanın paytaxtında "Herta" (Berlin) və "Şalke 04" (Gelzenkirxen) klubları arasında keçirilən II Bundesliqa futbol matçı öncəsi baş verən iğtişaşlar zamanı 50-dən çox insan xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə paytaxt polisi "X" sosial şəbəkəsində açıqlama yayıb.

Məlumata görə, ən azı 31 azarkeş və hüquq-mühafizə orqanının 21 əməkdaşı xəsarət alıb.

"Oyuna başlamazdan əvvəl ayrı-ayrı fanat qrupları əməkdaşlarımıza hücum etdilər", – deyə açıqlamada bildirilib. Olimpiya stadionunun şərq tribunası tərəfdən polis əməkdaşlarına müxtəlif əşyalar, o cümlədən hasar hissələri atılıb. Aqressiv azarkeşləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.

Hüquq-mühafizə orqanları bir neçə nəfəri saxlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti