“Bayer 04” Almaniya futbolu tarixində yeni rekorda imza atıb
Futbol
- 21 dekabr, 2023
- 07:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bayer 04” klubu Almaniya futbol tarixində yeni rekorda imza atıb.
“Report” xəbər verir ki, Leverkuzen təmsilçisi cari mövsüm bütün turnirlərdə keçirdiyi 25 oyunda uduzmamaqla buna nail olub.
Son olaraq Bundesliqanın XVI turunda “Bohum” üzərində 4:0 hesablı qələbə qazanan Xabi Alonsonun kollektivi mövsümün ilk 25 görüşündə məğlub olmayan ilk Almaniya komandasıdır. “Qara qırmızılılar” bu matçların 22-də qələbə qazanıb, 3 dəfə heç-heçə edib.
Qeyd edək ki, “Bayer 04” Almaniya Bundesliqasında 16 turdan sonra 42 xalla turnir cədvəlinə başçılıq edir. Almaniya Kubokunda üç mərhələ keçərək 1/4 finala adlayan Leverkuzen təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsindəki 6 matçın hamısında qələbə qazanıb.
Son xəbərlər
12:17
Bakıda "cəmiyyətin inkişafında qadın intellektinin gücü" mövzusu müzakirə olunub
Daxili siyasət
12:14
Video
Bakı–Şamaxı yolunda asfalt niyə dalğalanır?
İnfrastruktur
12:11
Sabah Azərbaycanda yağış yağacaq
Ekologiya
12:11
Foto
Yeni Kaledoniyada fransızların məskunlaşdırılması planı kəskin etirazla qarşılanıb
Xarici siyasət
12:10
Foto
Bakıda "Kəlağayı Bayramı" konsert proqramı təşkil olunub
Mədəniyyət siyasəti
12:10
AMB rəsmisi: "Bankların birləşməsi kredit faizlərini artırmır"
Maliyyə
12:08
EBRD Cənubi Qafqazda gənc sahibkarlara təxminən 250 milyon avro vəsait ayıracaq - Eksklüziv
Maliyyə
12:03
Azərbaycana turist axını 4 %-dən çox azalıb
Turizm
11:59
Telekommunikasiya xidmətlərinin keyfiyyət tələblərinin dəqiqləşdirilməsi qəbul edilib
Milli Məclis