"Bavariya"nın qapıçısı zədələnib
Futbol
- 15 dekabr, 2025
- 15:51
"Bavariya"nın qapıçısı Manuel Noyer zədələnib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli qapıçıya sağ bud əzələsinin cırılması diaqnozu qoyulub. Lakin bərpa müddəti ilə bağlı açıqlama verilməyib.
39 yaşlı qolkiper Almaniya çempionatının XIV turunda, "Maynts 05" ilə matçda (2:2) zədələnib. Münhen komandasının kapitanı bütün oyunu meydanda keçirib.
Qeyd edək ki, M.Noyer 2011-ci ildən "Bavariya"nın formasını geyinir. O, komandasının heyətində ümumilikdə 581 matç keçirib.
12 dəfə Almaniya çempionatının, 5 dəfə ölkə kubokunun və 7 dəfə Superkubokun qalibi olub. O, həmçinin "Bavriya"nın heyətində iki dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb. M.Noyer 2025/2026 mövsümündə 20 oyunda meydana çıxıb.
Son xəbərlər
00:58
Foto
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Sportinq"ə məğlub olub
Futbol00:47
Valdas Dambrauskas: "Mançester Yunayted"lə qarşılaşma Azərbaycan futbolu üçün tarixi hadisədir"
Futbol00:13
Tom Barrak: Türkiyə ilə ABŞ arasındakı ittifaq heç vaxt indiki qədər güclü olmayıb
Region23:52
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
Region23:31
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
Digər ölkələr23:26
BAEA-nın Rəhbərlər Şurasında İranı tənqid edən qətnamə qəbul olunub
Digər ölkələr23:12
Naxçıvanda musiqi və incəsənət məktəblərində boş qalan yerlərə şagird qəbulu elan olunub
Elm və təhsil22:57
Störe: Zelenskinin təyyarəsi Moldovadan uçarkən PUA ilə vurulma təhlükəsi ilə üzləşib
Digər ölkələr22:55