"Bavariya"nın futbolçuları Levandovski ilə Robben arasında münaqişə baş verib
Futbol
- 11 noyabr, 2015
- 09:58
Aryen Robben
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 noyabr. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunun futbolçuları Aryen Robbenlə Robert Levandovski arasında münaqişə baş verib. "Report"un məlumatına görə, insident məşq zamanı yaşanıb.
Levandovski Robbenə qışqıraraq, onu eqoist adlandırıb. Məşqdən sonra polşalı hücumçu hadisəni şərh etmək istəməyib. O, "hər şeyi özünüz gördünüz" - deyib.
"Bavariya"nın idman direktoru Matias Zammer isə bunları deyib: "Oyunçu hərdən əsəbiləşirsə, burada heç bir problem yoxdur. Özüm karyeram ərzində neçə dəfə belə situasiya ilə üzləşmişəm".
Qeyd edək ki, Robert Levandovski bu mövsüm Almaniya Bundesliqasında 14, Çempionlar Liqasında 4 qol vurub.
Son xəbərlər
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol