“Bavariya” klubunun kapitanı məşqçisi ilə dalaşıb

“Bavariya” klubunun kapitanı məşqçisi ilə dalaşıb Almaniyanın “Bavariya” klubunun kapitanı Coşua Kimmix köməkçi məşqçi Zolt Lövlə dalaşıb.
Futbol
19 fevral 2024 13:51
“Bavariya” klubunun kapitanı məşqçisi ilə dalaşıb

Almaniyanın “Bavariya” klubunun kapitanı Coşua Kimmix köməkçi məşqçi Zolt Lövlə dalaşıb.

“Report”un “Bild” nəşrinə istinadən məlumatına görə, hadisə Bundesliqanın XXII turunda “Bohum”la keçirilən oyundan sonra baş verib.

2:3 hesabı ilə məğlub olduqları qarşılaşmanın 63-cü dəqiqəsində əvəzlənən 29 yaşlı futbolçu buna narazılığını bildirib. Bu da Lövlə onun arasında mübahisəyə səbəb olub. Hadisənin böyüməsinin qarşısı son anda alınıb.

Kimmixin bu davranışından sonra baş məşqçi Tomas Tuxellə münasibətləri tamamilə korlanıb. Komandadakı mövqeyindən narazı olan futbolçu məşqçilər korpusu dəyişməyəcəyi təqdirdə, mövsümün sonunda digər variantlara üstünlük verəcək.

Qeyd edək ki, Coşua Kimmix 2015-ci ildən “Bavariya”da çıxış edir.

Son xəbərlər

Orphus sistemi