Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə stat veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.
Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplanın çıxış etdiyi Türkiyənin "Başakşehir" klubu da ilk matçına çıxacaq. İstanbul təmsilçisi Almaniyada "Leyptsiq"in qonağı olacaq. 2019/2020 mövsümündə Türkiyə Super Liqasının qalibi olan komanda qitənin bir nömərli klub turnirinin qrup mərhələsində debüt edəcək. Bu qrupun digər qarşılaşmasında. PSJ Fransada İngiltərə "Mançester Yunayted"ini qəbul edəcək.
A qrupunda mübarizə aparan Avropa Liqasının son qalibi İspaniya "Sevilya"sı İngiltərədə "Çelsi"nin qonağı olacaq.
G qrupunun iddialı komandalarından "Yuventus" Kiyevdə "Dinamo" ilə, "Barselona" isə İspaniyada Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək.
Çempionlar Liqası
qrup mərhələsi, I tur
20 oktyabr
E qrupu
23:00. “Çelsi” (İngiltərə) – “Sevilya” (İspaniya)
23:00. “Renn” (Fransa) – “Krasnodar” (Rusiya)
F qrupu
20:55. “Zenit” (Rusiya) – “Brügge” (Belçika)
23:00. “Latsio” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)
G qrupu
20:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya)
23:00. “Barselona” (İspaniya) – “Ferentsvaroş" (Macarıstan)
H qrupu
23:00. PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
23:00. “Leyptsiq” (Almaniya) – “Başakşehir” (Türkiyə)
Qeyd edək ki, qrup mərhələsinin digər oyunlar oktyabrın 21-də olacaq.