"Barselona" ingiltərəli hücumçu üçün 40 milyon avro təklif etməyə hazırdır

"Barselona" ingiltərəli hücumçu üçün 40 milyon avro təklif etməyə hazırdır İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markuş Reşford karyerasını İspaniyada davam etdirə bilər.
Futbol
21 aprel 2025 15:11
Barselona ingiltərəli hücumçu üçün 40 milyon avro təklif etməyə hazırdır
Markus Reşford

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Barselona" 27 yaşlı ingiltərəli hücumçu üçün 40 milyon avro təklif etməyə hazırdır.

Hazırda icarə əsasında "Aston Villa"da çıxış edən forvard performansı ilə Kataloniya təmsilçisinin diqqətini cəlb edib.

Baş məşqçi Hans-Diter Flik növbəti mövsüm üçün hücum xəttini gücləndirmək üçün yeni oyunçular axtarır. Klub həmçinin qiyməti münasib olduğu üçün Reşforda yönəlib. İngilis forvard qışda da "Barselona"ya keçə bilərdi, lakin maddi çətinliklər vaxtında həll olunmadığından transfer baş tutmayıb.

Qeyd edək ki, Markus Reşford cari mövsüm bütün turnirlərdə "Mançester Yunayted" və "Aston Villa"nın heyətində 40 matçda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Orphus sistemi