"Barselona" Erlinq Holannı 175 milyon avroya almaq istəyir
Futbol
- 13 may, 2025
- 10:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann 2026-cı ilin yayında İspaniya təmsilçisi "Barselona"ya keçə bilər.
"Report" xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Kataloniya təmsilçisinin 24 yaşlı hücumçunu almaq üçün iddialı planı var.
Norveçli forvardın müqaviləsindəki bəndə əsasən, o, 2026-cı ilin yayında 175 milyon avro qarşılığında sərbəst qala bilər. "Barselona" rəhbərliyi Holannı polşalı Robert Levandovskiyə əvəzləyici kimi görür.
Qeyd edək ki, hücumçu cari mövsüm "şəhərlilər"in heyətində bütün turnirlərdə 41 oyuna çıxıb və 30 qol vurub. Onun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2034-cü ilədək qüvvədədir.
Son xəbərlər
09:33
Tatarıstanda neft obyektləri Ukrayna dronlarının hücumuna məruz qalıb
Digər ölkələr
09:32
FHN: Ötən həftə 172 yanğına çıxış olub, 8 nəfərin meyiti aşkarlanıb
Hadisə
09:25
Şahbaz Şərif Rusiyaya səfər edəcək
Digər ölkələr
09:21
Ermənistan Konstitusiyasının dərc olunmuş layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur
Region
09:14
"Barselona" 45 ildən sonra İspaniya çempionatındakı antirekordunu təkrarlayıb
Futbol
09:11
AIIB Bakı metrosunun maliyyələşdirilməsini 1 milyard dollara çatdıracaq
Maliyyə
09:02
Azərbaycan millisinin baş məşqçisi Cahangir Seyyed Abbasi: "Ukraynaya qalib gələcəyimizi gözləmirdik"
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.11.2026)
Maliyyə
08:49
Viktor Kipiani: Azərbaycan və Gürcüstanın ortaq maraqları regional əməkdaşlıq üçün nümunədir
Xarici siyasət