Asim Xudiyev Azərbaycan yığmasının rəqiblərinin oyununa təyinat alıb

Futbol
  • 08 iyun, 2022
  • 05:38
Asim Xudiyev Azərbaycan yığmasının rəqiblərinin oyununa təyinat alıb
Asim Xudiyev

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Xudiyev Finlandiya və Norveçin 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasındakı Avropa çempionatının seçmə oyununda iş başında olacaq.

Qarşılaşma iyunun 10-da keçiriləcək.

Qeyd edək ki, hər iki komanda Azərbaycanla birlikdə A qrupunda yer alıb.