Azərbaycanlı azarkeşlər "Tottenhem" - "Qarabağ" oyununa 500-dən çox bilet alıblar

Azərbaycanlı azarkeşlər "Tottenhem" - "Qarabağ" oyununa 500-dən çox bilet alıblar İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin I tur oyunu üçün azərbaycanlı azarkeşlər indiyək 500-dən çox bilet alıblar.
Futbol
24 Sentyabr , 2024 11:39
Azərbaycanlı azarkeşlər Tottenhem - Qarabağ oyununa 500-dən çox bilet alıblar

İngiltərədə yerli "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunu üçün azərbaycanlı azarkeşlər indiyədək 500-dən çox bilet alıblar.

Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, matça iki gün qaldığı üçün sayın daha da artacağı gözlənilir.

"Köhlən atlar" bu gün, saat 17:00-da çarter reysi ilə Londona yola düşəcək. Görüşdən bir gün əvvəl, Bakı vaxtı ilə saat 21:30-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı gerçəkləşəcək. Bundan yarım saat sonra isə komandanın açıq məşqçi olacaq. Ölkə çempionu maçtdan sonra Vətənə qayıdacaq.

Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi