Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti bəlli olub
- 18 mart, 2023
- 13:40
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Əliyev 24 oyunçuya dəvət göndərib.
U-21 bu məqsədlə, martın 20-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.
Yığma martın 23-də Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
| S. | ADI / SOYADI | KLUB |
| 1 | Rza Cəfərov | Neftçi |
| 2 | Sahib Həsənov | Şamaxı |
| 3 | Rüstəm Samiqullin | Sabah |
| 4 | Samet Karakoç | İsparta 32 Spor (Türkiyə) |
| 5 | Xəyyam Hüseynov | Turan Tovuz |
| 6 | Şirxan Həsənzadə | Qarabağ |
| 7 | Abdulla Rzayev | Kəpəz |
| 8 | Mirəli Əhmədov | Səbail |
| 9 | Hüseyn Babayev | Neftçi |
| 10 | İbrahim Ramazanov | Qəbələ |
| 11 | Süleyman Damadayev | Qəbələ |
| 12 | Mahir Həsənov | Kəpəz |
| 13 | Veysəl Rzayev | Turan Tovuz |
| 14 | Camal Cəfərov | Sabah |
| 15 | Samir Məhərrəmli | Kəpəz |
| 16 | Elçin Qasımov | Turan Tovuz |
| 17 | Murad Vəliyev | Levadia Tallinn (Estoniya) |
| 18 | Ramin Nəsirli | Dauqavplis (Latviya) |
| 19 | Nazim Həsənzadə | Dauqavplis (Latviya) |
| 20 | Emil Səfərov | Qəbələ |
| 21 | Fərid Yusifli | Neftçi |
| 22 | Samir Abdullayev | Səbail |
| 23 | Nihat Fərəcli | Tus Koblenz (Almaniya) |
| 24 | Mehrac Baxşəli | Qəbələ |