Azərbaycanın millisinin Türkiyəyə qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb

Azərbaycanın millisinin Türkiyəyə qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
Futbol
22 May , 2024 10:51
Azərbaycanın millisinin Türkiyəyə qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransa, iyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək

31 may
21:00. Türkiyə - Azərbaycan

Hakimlər: Aleksandra Kollin, Elodie Koppola, Klotilde Brassar, Klemens Qonçalveş (hamısı Fransa).

Ərzincan, 13 Şubat stadionu.

4 iyun
19:00. Azərbaycan - Türkiyə

Hakimlər: Nanna Löf Andersen, Sidsel Rasmussen, Anna Kyaer Şmidt, Frida Klarlund (hamısı Danimarka).
Bakı, "Dalğa Arena" stadionu.

Son xəbərlər

Orphus sistemi