Azərbaycanın futzal millisi Qazaxıstanda məşqə çıxıb

Futbol
  • 10 oktyabr, 2023
  • 17:26
Azərbaycanın futzal millisi Qazaxıstanda məşqə çıxıb

DÇ-2024-ün elit mərhələsində sabah Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi oyunun keçiriləcəyi Astana şəhərindəki "Jekpe Jek Arena"da məşqə çıxıb.

"Report"un məlumatına görə, məşqdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasovla Qazaxıstan Futzal Federasiyasının prezidenti Talqat Kosmukhambetov arasında görüş keçirilib.

Hər iki qurum rəsmisi bir-birinə xoş arzularını çatdırıb, gələcəkdə də komandalar arasında yoldaşlıq oyunlarının təşkili barədə fikir mübadiləsi aparıb. Daha sonra E.Abasov komanda üzvləri ilə görüşüb və sabahkı matçın əhəmiyyətini oyunçuların diqqətinə çatdırıb, qarşılaşmanın bizim üçün finala bərabər olduğunu bildirib. Təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində futzalçılar baş məşqçi Vitali Borisovun tapşırıqlarını yerinə yetirib, bir neçə standart vəziyyəti reallaşdırmağa çalışıblar. Heyətdə zədəli futzalçı yoxdur.

Yalnız Bakıda bu komandalar arasında 4 gün əvvəl baş tutmuş oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo Astanadakı dueldə iştirak etməyəcək. Əvəzində Əmir Şocayi komandaya kömək edəcək.

44 - Tezliklə