Azərbaycanın 37 futbol hakimi qış toplanışını Türkiyədə keçəcək - EKSKLÜZİV
Futbol
- 20 dekabr, 2024
- 12:01
Azərbaycanın 37 futbol hakimi qış fasiləsində Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq.
Bu barədə “Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Qurum rəsmisi hakimlərin toplanış ərzində oyun idarə edəcəklərini də söyləyib:
“Premyer Liqanın 37 hakimi yanvarın 6-dan 12-nə qədər təlim-məşq toplanışı üçün Antalyaya yollanacaqlar. Onlar toplanış müddətində oyunlar idarə edəcəklər. Bundan əlavə, təşkil olunacaq seminarlara xarici mütəxəssislər dəvət olunacaq. Seminarda köməkçi hakimlər üzrə UEFA mütəxəssisi Leyf Lindberq, VAR mütəxəssisi Kristof Dyerik, UEFA-da fiziki hazırlıq üzrə baş məşqçi Verner Helsen, UEFA konvensiyası koordinatoru Leonid Kaloşin də iştirak edəcək”.
Son xəbərlər
03:40
Rusiyada 5,7 maqnitudada zəlzələ olub
Digər ölkələr03:06
ABŞ-də naməlum şəxs universitetdə atəş açıb, xəsarət alanlar var
Digər ölkələr02:41
Video
Qərbi Azərbaycan Xronikası: Qıpçaq mənşəli etnonimdən yaranan məkan
Daxili siyasət02:11
Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına xeyriyyə Fondu anlaşma memorandumu imzalayıb
Sosial müdafiə02:01
UEFA Çempionlar Liqası: "Qalatasaray" səfərdə uduzub, "Liverpul" qalib gəlib
Futbol01:47
Gəncədə orta məktəb şagirdləri qidadan zəhərlənib
Hadisə01:39
KİV: Üsyançıların qabaqcıl dəstələri Konqonun Uvira şəhərinə daxil olub
Digər ölkələr01:13
Paşinyan: İrəvan və Ankara münasibətlərin normallaşdırılması üçün əlaqələri intensivləşdiriblər
Region00:43