Azərbaycanın FIFA referisi Yunanıstanda təxirə salınmış oyuna dəvət olunub
Futbol
- 11 aprel, 2023
- 08:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstan Kubokunun yarımfinal mərhələsinin təxirə salınmış cavab oyununa yenidən dəvət alıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisinin rəhbərlik etdiyi hakimlər briqadası aprelin 12-də “Olimpiakos” və AEK komandaları arasındakı matçı idarə edəcəklər.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.
Qeyd edək ki, qarşılaşma martın 1-də keçirilməli idi. Görüş Larisa şəhəri yaxınlığında baş vermiş qatar qəzası səbəbindən təxirə salınmışdı. Əliyar Ağayev həmin vaxt oyuna təyinat almışdı.
Son xəbərlər
19:04
Foto
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Hadisə
18:50
Azərbaycan Kuboku: 1/8 finala yüksələn daha iki komanda müəyyənləşib
Futbol
18:47
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər
Region
18:37
Foto
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
Qarabağ
18:35
Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir"
Energetika
18:33
Foto
Naxçıvan Ali Məclisinin nümayəndələri Avropa Şurası Konqresinin 51-ci sessiyasında iştirak edirlər
Xarici siyasət
18:28
Qaya Məmmədov: Aİ TRIPP-i dəstəkləməli, Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına kömək etməlidir
Xarici siyasət
18:27
Foto
Kamran Əliyev Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının rəhbəri ilə görüşüb
Xarici siyasət
18:27
Fərhad Hacıyev: Gənclərin liderlik potensialının inkişafı Azərbaycanın prioritetlərindən biridir
Xarici siyasət