Azərbaycanı avrokuboklarda yenə eyni klublar təmsil edəcək

Azərbaycanı avrokuboklarda yenə eyni klublar təmsil edəcək Komandaların hamısı I təsnifat mərhələsində başlayacaq
Futbol
24 May , 2021 21:27
Azərbaycanı avrokuboklarda yenə eyni klublar təmsil edəcək

Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün futbol klublarının adına aydınlıq gəlib.

"Report"un məlumatına görə, son olaraq ölkə kubokunun finalında "Sumqayıt"a 2:1 hesabı ilə qalib gələn "Keşlə" Konfrans Liqasında iştirak hüququ qazanıb.

Premyer Liqanı 39 xalla 3-cü pillədə bitirən "gənclik şəhəri" təmsilçisi 57 xalla ikinci olan "Qarabağ"la birlikdə eyni turnirə qatılacaq.

59 xalla çempion olan "Neftçi" Çempionlar Liqasında çıxış edəcək. "Ağ-qaralar" mübarizəyə I, digər komandalar isə II təsnifat mərhələsindən başlayacaq.

Qeyd edək ki, yarımçıq dayandırılmış ötən mövsüm də avrokuboklara eyni komandalar vəsiqə qazanmışdı. Fərq bunda idi ki, "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında iştirak hüququ əldə etmişdi.

Son xəbərlər

Orphus sistemi