Azərbaycan minifutbolçuları Avropa çempionatının ən yaxşıları seçilib

Futbol
  • 11 iyun, 2022
  • 19:49
Azərbaycan minifutbolçuları Avropa çempionatının ən yaxşıları seçilib

Azərbaycanın mini-futbol üzrə milli komandasının iki üzvü Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında fərqlənib.

"Report"un məlumatına görə, bunlar Davud Kərimi və Bəxtiyar Soltanovdur.

Kərimi yarışın ən yaxşı qapıçısı, Soltanov isə ən yaxşı oyunçusu seçilib.

Davud Kərimi

Hər iki fubolçuya xüsusi mükafat təqdim edilib.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub.