Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.
"Report"un məlumatına görə, son olaraq iki qarşılaşma gerçəkləşəcək.
Çempionatda sonuncu olacağı dəqiqləşən "Qəbələ" avrokuboklara iddialı "Sabah"ı qəbul edəcək. "Qırmızı-qaralar"ın 20 xalı var. Paytaxt təmsilçisi hələlik 52 xalla 4-cü pillədə qərarlaşıb.
Tur Sumqayıtda başa çatacaq. Şəhərin eyniadlı komandası "Səbail"i sınağa çəkəcək. "Gənclik şəhəri" təmsilçisi 51 xalla 5-ci "dənizçilər" 42 xalla 7-ci sıradadır.
Azərbaycan Premyer Liqası
XXXIV tur
12 may
17:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu
19:30. "Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, daha əvvəl "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı (1:0), "Qarabağ" "Zirə"ni (1:0) məğlub edib.