Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırılıb

Futbol
  • 31 may, 2022
  • 15:36
Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırılıb

Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, Azərbaycan Premyer Liqasında əvəzetmə sayı artırılıb.

"Report"un məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilib. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statusunda olmalıdır.

44 filmi