Azərbaycan Premyer Liqasında çıxış edən üç bölgə klubu cərimələnib
Futbol
- 06 fevral, 2026
- 14:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında çıxış edən "Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
"Karvan-Yevlax" 1000 manat ödəyəcək. Yevlax təmsilçisi XVIII turda, "Sumqayıt"la oyunda əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələblərini pozduğu üçün ziyana düşüb.
"Kəpəz" də "Şamaxı" ilə qarşılaşmaya görə eyni səbəbdən 1000 manat cərimələnib. Gəncə klubu əlavə 5000 manat da ödəməli olacaq. Sözügedən qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olub və bu hal cari mövsümdə ikinci dəfə təkrarlanıb.
"Turan Tovuz" isə "Qarabağ"la matçda altı nəfər sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.
Son xəbərlər
17:22
Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Sənaye
17:13
İrlandiyada miqrantların qaldığı mərkəzə hücum edilib, ölən və yaralanan var
Digər ölkələr
17:10
Sabir Allahquliyev: "Legionersiz oynamağımız nəticəyə təsir etdi"
Futbol
17:06
Misirdə yük maşınının mikroavtobusla toqquşması nəticəsində 10 nəfər ölüb
Digər ölkələr
17:05
Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir
Digər ölkələr
16:57
Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Sənaye
16:50
Azərbaycan Premyer Liqasının X turunda daha bir qarşılaşma baş tutub
Futbol
16:45
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
Daxili siyasət
16:44
Ötən gün polis əməkdaşları tərəfindən silah-sursat aşkarlanıb
Hadisə