Azərbaycan millisinin hücumçusunun komandası Asiya Çempionlar Liqasında uduzub
Futbol
- 25 oktyabr, 2023
- 12:13
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubu Asiya Çempionlar Liqasının şərq zonasının qrup mərhələsinin üçüncü turunda məğlub olub.
“Report” xəbər verir ki, Tailand təmsilçisi doğma meydanda yer aldığı H qrupunun lideri “Melburn Siti”yə uduzub.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan R.Şeydayev 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hesabında 3 xal olan “Buriram Yunayted” qrupda üçüncü pillədə qərarlaşıb. Şeydayevin komandası daha əvvəl doğma meydanda Çinin "Çjetszyan" klubuna qalib gəlib (4:1), sonra isə Yaponiyada yerli “Vanfore Kofu”ya uduzub (0:1).
Son xəbərlər
04:49
Afrikada 700 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
Digər ölkələr
04:25
Albaniyada etirazlar fonunda hökumət dialoq üçün yeni tədbirlər həyata keçirəcək
Digər ölkələr
03:51
"Bild": Almaniyanın dövlət borcu 2,8 trilyon avronu keçib
Digər ölkələr
03:40
Bessent ABŞ-nin İrana təzyiq planı üçün dəqiq zaman qrafikinin olmadığını bildirib
Digər ölkələr
03:03
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr
02:27
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Futbol
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr