Azərbaycan millisinin baş məşqçisi: Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq

Azərbaycan millisinin baş məşqçisi: Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq Azərbaycanda oynamış məşhur qapıçı Dmitrki Kramarenkonun qızı Lalə Kramarenko xarici ölkədə keçirilən turnirdə nailiyyət qazanıb. "Report" xəbər verir ki, Bədii gimnastika üzrə Rusiya çempionatında çıxış edən 17 yaşlı idmançı fərdi yarışlarda, çoxnövç
Futbol
5 Mart , 2024 17:38
Azərbaycan millisinin baş məşqçisi: Qrupda ilk pillələrdə qərarlaşmağa çalışacağıq

Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq.

"Report" xəbər verir ki, bunu AFFA-nın rəsmi saytına açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov AVRO-2025-in püşkünü dəyərləndirərkən deyib.

"Avropa çempionatının seçmə mərhələsində İsveçrə, Macarıstan və Türkiyə yığmaları ilə qarşılaşacağıq. İsveçrə ilə Macarıstan uzun illərdir ki, qadın futbolunda inkişaf yolundadır. Bu komandalar artıq neçə ildir ki, B liqasının yuxarı yerlərində qərarlaşırlar. Millimiz və Türkiyə yığmasına gəlincə, ilk dəfədir ki, B liqasına yüksəldik və birinci dəfədir ki, bu liqada bir-birimizə rəqib olduq. Düşünürəm ki, İsveçrə və Macarıstan bizim üçün yeni komandalardır", - deyə 36 yaşlı mütəxəssis vurğulayıb.

Bu rəqiblərlə ilk dəfə qarşılaşacaqlarını bildirən çalışdırıcı Türkiyə millisini xüsusilə fərqləndirib: "İndiyədək bu yığmalarla bir qrupa düşməmişdik. Lakin Türkiyə yığması mənə tanışdır. Bu ölkənin "Fomget" klubunda çalışdığım üçün deyə bilərəm ki, futbolçuları da individual olaraq tanıyıram".

Qeyd edək ki, AVRO-2025-in seçmə mərhələsində qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi