Azərbaycan millisi “Səbail”in U-19 komandası ilə qarşılaşacaq

Azərbaycan millisi “Səbail”in U-19 komandası ilə qarşılaşacaq Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət millisi bu gün “Səbail”in U-19 komandası ilə yoldaşlıq matçı keçirəcək.
Futbol
18 May , 2024 13:56
Azərbaycan millisi “Səbail”in U-19 komandası ilə qarşılaşacaq

Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət millisi bu gün “Səbail”in U-19 komandası ilə yoxlama matçı keçirəcək.

Bu barədə “Report”a yığmanın baş məşqçisi İlham Yadullayev məlumat verib.

“Öz planımızla davam edirik. Bu gün Gürcüstan yığması ilə oynamalı idik. Onlar gəlmədiyinə görə saat 17:00-da “Səbail”in U-19 komandası ilə qaşılaşacağıq. Növbəti yoxlama görüşündə isə yəqin ki, başqa rəqib olacaq. Bildiyiniz kimi, Azərbaycanda yalnız 19 yaşadək futbolçuların çempionatı bitib. Çox güman, mayın 21-də klublardan birinin U-19 komandası ilə oynayacağıq. Toplanış planlarımızda dəyişiklik olmayıb. 24 futbolçu ilə hazırlığı davam etdiririk. Yoxlama oyunlarında onların hər birinə şans verməyə çalışacağıq”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, Azərbaycan və Gürcüstanın müvafiq U-17 komandaları arasında mayın 18-də və 21-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan iki yoxlama görüşü baş tutmayacaq. Buna səbəb rəqibin Azərbaycana səfər edə bilməməsidir. U-17-nin təlim-məşq toplanışı mayın 21-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi