Azərbaycan milli komandası FİFA reytinqində 22 pillə geriləyib
Futbol
- 07 aprel, 2016
- 07:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 aprel. REPORT.AZ/ FİFA dünya yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan millisi ötən ayla müqayisədə 22 pillə geriləyib.
Hazırda 269 xala malik yığma 134-cü mövqedədir. Belə geriliyə martın 26-da keçirilmiş yoldaşlıq görüşündə Qazaxıstana 0:1 hesablı məğlubiyyət ciddi təsir edib. Əvəzində rəqib bu qələbə və Gürcüstanla səfər matçındakı 1:1 hesablı heç-heçə sayəsində 9 pillə irəliləyərək, 300 xalla 116-cı mövqedə qərarlaşıb. Halbuki ötən ay məhz Azərbaycan millisi bu qədər xala malik idi.
Ən çox geriləmə Arubaya məxsusdur - 24 pillə. Bu ölkə hazırda 259 xalla 137-cidir.
Qeyd edək ki, növbəti reytinq siyahısı mayın 5-də açıqlanacaq.
Son xəbərlər
09:43
Foto
Regional Turizm Şuralarının iclasları keçirilib
Turizm
09:41
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Energetika
09:39
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır
Futbol
09:35
"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
09:34
IMF: Ticarətin şaxələndirilməsi Cənubi Qafqazda iqtisadi artımda mühüm əhəmiyyət daşıyır
Biznes
09:27
U-23 dünya çempionatı: Günay Qurbanova finala yüksəlib, Ruslan Nurullayev bürünc medal qazanıb
Fərdi
09:20
IMF: Nəqliyyat dəhlizlərinin inkişafı Cənubi Qafqazda gömrük prosedurlarının harmonizasiyasını tələb edir
İnfrastruktur
09:13
UEFA Avropa Liqasında II tura start verilir
Futbol
09:06
Cihad Azur: "Orta Dəhliz Cənubi Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirəcək"
İnfrastruktur