Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Futbol
- 22 aprel, 2022
- 13:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın bədii gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.
"Report"un məlumatına görə, Cəlilova topla hərəkətlərdə 31.000, halqa ilə çıxışında 32.050 xala layiq görülüb. Gimnast hər iki növdə təsnifat mərhələsində üçüncü olub və finala vəsiqə qazanıb.
Ağamirova isə topla hərəkətlərdə 29.650 xal toplayıb və 12-ci yerlə kifayətlənib. O, yalnız halqa ilə çıxışında 31.650 xalla 4-cü olub və finalda iştirak hüququ qazanıb.
İki çıxışın cəmində Arzu Cəlilova 63.050 xalla üçüncü, Zöhrə Ağamirova isə 61.300 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu növlərdə finallar aprelin 24-də olacaq.
Son xəbərlər
21:25
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
Region
21:13
Foto
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
Mədəniyyət siyasəti
21:00
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub
Futbol
20:50
Foto
Naxçıvanda yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib
Fərdi
20:44
Foto
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
Fərdi
20:31
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Region
20:21
Fransada etirazçılar Lill meriyasının binasını talan ediblər
Digər ölkələr
20:09
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
Region
19:50
Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Region