Azərbaycan çempionatında çıxış edən futbolçu ilk dəfə Belarus millisinə çağırılıb
Futbol
- 24 may, 2023
- 06:29
Azərbaycan Premyer Liqasında çıxış edən Yeqor Xvalko ilk dəfə Belarus millisinə dəvət alıb.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, “Kəpəz”in müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin iyunda keçiriləcək oyunlarında debüt etmək imkanı qazanıb.
Çünki baş məşqçi Georgi Kondratyev 26 yaşlı mərkəz müdafiəçisini 33 nəfərlik ilkin siyahıya salıb. Mütəxəssis iyunun 10-da başlayacaq təlim-məşq toplanışının ardından 23 nəfərlik yekun heyəti müəyyənləşdirəcək.
Belarus millisi İ qrupu çərçivəsində iyunun 16-da İsrail, 19-da isə Kosovo ilə qarşılaşacaq.
Qeyd edək ki, Yeqor Xvalko “Kəpəz”ə mövsümün əvvəlində ölkəsinin “Arsenal” klubundan keçib.
Son xəbərlər
05:20
Video
Donald Tramp UFC döyüşçüsü ilə rinqdən video bölüşüb
Fərdi04:55
Malatyada mikroavtobus aşıb, ölən və yaralananlar var
Region04:29
İran və Fransanın XİN başçıları İslamabad danışıqlarını müzakirə ediblər
Digər04:01
Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb
Energetika03:35
Möhsün Rzayi: ABŞ məğlubiyyətə məhkumdur
Region03:17
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
Hadisə03:08
DMM: Türkiyə İsrailə qarşı işğal təhdidi yaratmır
Region02:44
İrlandiya kütləvi etirazlar fonunda yanacaq vergilərini azaldır
Digər ölkələr02:15