Azarkeşləri daşıyan mikroavtobus aşıb, 1 nəfər ölüb

Azarkeşləri daşıyan mikroavtobus aşıb, 1 nəfər ölüb Rusiyanın "Spartak" (Moskva) klubunun azarkeşlərini daşıyan mikroavtobus aşıb.
Futbol
8 May , 2022 13:25
Azarkeşləri daşıyan mikroavtobus aşıb, 1 nəfər ölüb

Rusiyanın "Spartak" (Moskva) klubunun azarkeşlərini daşıyan mikroavtobus aşıb.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb.

Qəza fanatlar Premyer Liqanın XXVIII turunda "Ural"a qarşı səfər oyununda qayıdarkən baş verib. Həmin vaxt nəqliyyat vasitəsində 15 tərəfdar olub. Onların bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, qarşılaşma Moskva təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi