Ayxan Abbasov: "Kiməsə xoş gəlməsi üçün "Neftçi" və ya "Qarabağ"a uduzmalıyıq?"

Ayxan Abbasov: "Kiməsə xoş gəlməsi üçün "Neftçi" və ya "Qarabağ"a uduzmalıyıq?" "Futbolu bilən şəxs heç vaxt belə düşünməz"
Futbol
206
19 Aprel , 2021 14:58
Ayxan Abbasov: Kiməsə xoş gəlməsi üçün Neftçi və ya Qarabağa uduzmalıyıq?

"Bunu "Neftçi" azarkeşi hisslərinə qapılıb deyə bilər. Futbolu bilən şəxs heç vaxt belə düşünməz".

Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində komandasının "Qarabağ"la müqayisədə "Neftçi"yə qarşı daha istəkli oynadıqlarına dair fikirlərə münasibət bildirərkən deyib.

40 yaşlı mütəxəssis belə bir yanaşmanı düzgün saymadığını bildirib: "Neftçi" uduzursa, bu, "Sumqayıt" və ya "Zirə"nin deyil, komandanın öz günahıdır. Hər klub səhvi özündə axtarmalıdır. Bu, "Qarabağ"a da aiddir. Son turda "Səbail"ə qarşı matçda xal itirdilər. Hər komanda qalib gəlir və ya uduzur".

Abbasovun sözlərinə görə, liderlərdən ən çox xal alan komanda "Sumqayıt"dır: "Kiminsə xoşu gəlsin deyə, "Neftçi" və ya Qarabağa uduzmalı, xal verməliyik? Klubunla müqavilən varsa, maaş alırsansa, haqqını ödəməlisən. Çempionatımız şəffafdır, sağlam mübarizə gedir. Kim güclüdürsə, o da çempion olsun".

Baş məşqçi "Neftçi" və "Qarabağ"ın çempionluq şanslarını da dəyərləndirib: "Şanslar bərabərdir. "Qarabağ"ın təcrübəsi, oturuşmuş heyəti var. Gərgin oyunlarda təcrübə öz sözünü deyir. Bunu ötən il də gördük. "Neftçi" gərgin oyunlarda vacib xallar itirdi. Baş məşqçi və futbolçuları günahlandırmaq olmaz. Komanda ruhu özünü göstərdi. "Qarabağ" 10 ildir avrokuboklarda oynayır. Amma bu il "Neftçi"nin də şansı var. "Qarabağ" iki, "Neftçi" isə bir "cəbhə"də oynayır. Son 5 oyunda ikisi də xallar itirəcək. Sonda təcrübə və soyuqqanlılıq həlledici olacaq".

Son xəbərlər

Orphus sistemi