UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
"Report"un məlumatına görə, "11-liy"ə İngiltərənin "Mançester Yunayted" klubundan 6, "Arsenal"dan və İspaniya "Vilyarreal"ından hərəyə 2, İtaliya "Roma"sından isə 1 futbolçu düşüb.
Qapıçı: Bernd Leno ("Arsenal", İngiltərə)
Müdafiəçilər: Aaron Van-Bissaka, Harri Maquayr, Lük Şou (hamısı "Mançester Yunayted", İngiltərə), Raul Albiol ("Vilyarreal", İspaniya)
Yarımmüdafiəçilər: Nikolya Pepe ("Arsenal", İngiltərə), Brunu Fernandeş, Pol Poqba (hər ikisi "Mançester Yunayted", İngiltərə), Samuel Çukvueze ("Vilyarreal", İspaniya)
Hücumçular: Edinson Kavani ("Mançester Yunayted", İngiltərə), Edin Ceko ("Roma", İtaliya)
Qeyd edək ki, "Mançester Yunayted" "Roma"nı 6:2, "Vilyarreal" isə "Arsenal"ı 2:1 hesabı ilə məğlub edib.