UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
"Report"un məlumatına görə, bu ada İngiltərənin "Mançester Yunayted" komandasından Brunu Fernandeş, İspaniya "Vilyarreal"ından Jerar Moreno, Çexiyanın "Slaviya" (Praqa) klubundan Tomaş Holeş və İtaliya "Roma"sının qapıçısı Pau Lopes iddia edir.
Fernandeş İspaniyada "Qranada"nı 2:0, Moreno isə Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo"nu 1:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.
Holeş Londonda "Arsenal"la 1:1 hesablı heç-heçə etdikləri oyunda qol vurub, Lopes isə Niderlandda "Ayaks"a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada 8 qurtarış edib.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı