"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub

"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.
Futbol
9 Sentyabr , 2022 01:07
Fənərbağça və Nantdan çətin qələbə, Trabzonspor Ferentsvaroşa uduzub

UEFA Avropa Liqasının qrup mərhələsində daha 8 oyun keçirilib. "Report"un məlumatına görə, bununla da I tura yekun vurulub.

Türkiyənin digər təmsilçisi "Trabzonspor" "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Macarıstan "Ferentsvaroş"unun qonağı olub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Budapeşt təmsilçisindən qolları 5-ci və 44-cü dəqiqədə Tokmak Nquen, 29-cu dəqiqədə Adama Traore vurublar. 16-cı dəqiqədə Macarıstan çempionundan Eldar Çiviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qonaqlardan isə 39-cu dəqiqədə Maksi Qomes və 71-ci dəqiqədə Umut Bozok fərqləniblər.

"Qarabağ"la eyni qrupda yer alan Fransanın "Nant" və Yunanıstanın "Olimpiakos" komandalarının duelində isə meydan sahibləri qələbə qazanıblar - 2:1.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

8 sentyabr

A qrupu

20:45. "Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə) - 1:2

20:45. PSV (Niderland) - "Budö Qlimt" (Norveç) - 1:1

B qrupu

20:45. AEK (Larnaka, Kipr) - "Renn" (Fransa) - 1:2

20:45. "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1

C qrupu

20:45. "Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya) - 2:1

20:45. HİK (Finlandiya) - "Betis" (İspaniya) - 0:2

D qrupu

20:45. "Malmö" (İsveç) - "Braqa" (Portuqaliya) - 0:2

20:45. "Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika) - 0:1

E qrupu

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 0:1

23:00. "Omoniya" (Kipr) - "Şerif" (Moldova) - 0:3

F qrupu

23:00. "Latsio" (İtaliya) - "Feyenoord" (Niderland) - 4:2

23:00. "Şturm" (Avstriya) - "Midtüllan" (Danimarka) - 1:0

G qrupu

23:00. "Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 2:1

23:00. "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan) - 2:1

H qrupu

23:00. "Srvena Zvezda" (Serbiya) - "Monako" (Fransa) - 0:1

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Trabzonspor" (Türkiyə) - 3:2

22:42

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.

"Report"un məlumatına görə, bu günə nəzərdə tutulan 16 oyundan 8-i artıq başa çatıb.

Türkiyə təmsilçilərindən "Fənərbağça" B qrupunda Ukraynanın "Dinamo" (Kiyev) klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 35-ci dəqiqədə İstanbul təmsilçisindən Qustava Enrike açıb. 64-cü dəqiqədə Viktor Tsıqankov tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə isə "sarı-lacivərdlilər"in yeni transferi Mişi Batşuayi son nöqtəni qoyub.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

8 sentyabr

A qrupu

20:45. "Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə) - 1:2

20:45. PSV (Niderland) - "Budö Qlimt" (Norveç) - 1:1

B qrupu

20:45. AEK (Larnaka, Kipr) - "Renn" (Fransa) - 1:2

20:45. "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1

C qrupu

20:45. "Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya) - 2:1

20:45. HİK (Finlandiya) - "Betis" (İspaniya) - 0:2

D qrupu

20:45. "Malmö" (İsveç) - "Braqa" (Portuqaliya) - 0:2

20:45. "Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika) - 0:1

Son xəbərlər

Orphus sistemi