Avropa çempionatı: Azərbaycanın mini-futbol yığması yarımfinala yüksəlib

Futbol
  • 09 iyun, 2022
  • 19:16
Avropa çempionatı: Azərbaycanın mini-futbol yığması yarımfinala yüksəlib

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.

Növbəti mərhələdə rəqib Qazaxıstan millisi olacaq.

44 filmi