AVRO-2024: Almaniya millisi açılış görüşündə böyükhesablı qələbəyə sevinib - YENİLƏNİB - 6
- 14 iyun, 2024
- 20:59
Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.
"Report" xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşıb.
Münxendəki "Allianz Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb.
Qarşılaşmada hesabı almanların heyətində 10-cu dəqiqədə Florian Virts açıb. 9 dəqiqə sonra Camal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb. 45+1-ci dəqiqədə Kay Haverts Şotlandiyanın qapısına üçüncü dəfə yol tapıb. İkinci hissəyə də aktiv başlayan almanlar 68-ci dəqiqədə Niklas Fullkruqla daha bir qola seviniblər. Final fitinə 3 dəqiqə qalmış şotlandlar buraxılan qollardan birinin əvəzini çıxıblar. Antonio Rudiger avtoqol müəllifi olub. Matçda yekun hesabı isə 90+3-cü dəqiqədə fərqlənən Emre Can müəyyənləşdirib.
Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.
00:51
Futbol üzrə XVII Avropa çempionatının açılış matçında Şotlandiya millisi buraxılan qollardan birinin əvəzini çıxıb.
"Report" xəbər verir ki, Almaniyanın heyətində 87-ci dəqiqədə Antonio Rudiger avtoqol müəllifi olub - 4:1.
Qarşılaşma davam edir.
00:32
Futbol üzrə XVII Avropa çempionatının açılış matçında Almaniya millisi Şotlandiyanı 4-cü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
"Report" xəbər verir ki, Niklas Fullkruq 68-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü bir qədər də artırıb - 4:0.
Qarşılaşma davam edir.
00:12
Futbol üzrə XVII Avropa çempionatının açılış matçı olan Almaniya - Şotlandiya oyununda ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, fasilədən sonra meydan sahibləri 3:0 hesabı ilə öndədir.
Şotlandiyanın heyətində Rayan Porteus qırmızı vərəqə aldığı üçün komanda oyunu 10 nəfərlə davam etdirir.
23:52
Futbol üzrə XVII Avropa çempionatının açılış matçında Almaniya millisi üçüncü qolu vurub.
"Report" xəbər verir ki, 45+1-ci dəqiqədə Kay Haverts penalti zərbəsini dəqiq yerinə yetirib - 3:0.
Penaltiyə səbəb olan Rayan Porteus qırmızı vərəqə ilə cəzalandırılıb.
Almaniya - Şotlandiya matçında ilk hissə bu hesabla yekunlaşıb.
23:21
Futbol üzrə XVII Avropa çempionatının ilk oyununda ikinci qol vurulub.
"Report" xəbər verir ki, A qrupunun Almaniya - Şotlandiya matçında meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər.
10-cu dəqiqədə Florian Virts Şotlandiya seçməsinin qapısına yol tapıb. 9 dəqiqə sonra Camal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb.
Münxendəki "Allianz Arena"da keçirilən görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.
Oyunun start fiti saat 23:00-da səslənib.
23:03
Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.
"Report" xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşır.
Münxendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.
Oyunun start fiti saat 23:00-da səslənib.