AVRO-2024: Macarıstan son dəqiqə qolu ilə qələbə qazanıb - YENİLƏNİB - 3
- 23 iyun, 2024
- 20:59
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşü başa çatıb.
"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən matç macarların minimalhesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 90+10-cu dəqiqədə Kevin Çobot Şotlandiya yığmasının qapısından keçirib. Bu qələbə sayəsində 3 xal qazanan Macarıstan A qrupunu üçüncü sırada başa vurub. Şotlandiya isə 1 xalla sonuncu olub.
| 1 | Almaniya | 3 | 2 | 1 | 0 | 8-2 | 7 |
| 2 | İsveçrə | 3 | 1 | 2 | 0 | 5-3 | 4 |
| 3 | Macarıstan | 3 | 1 | 0 | 2 | 2-5 | 3 |
| 4 | Şotlandiya | 3 | 0 | 1 | 2 | 2-7 | 1 |
00:06
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da keçirilən matçda hesab açılmayıb.
Qeyd edək ki, qarşılaşmanı argentinalı baş hakim Fakundo Telyo idarə edir.
23:47
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşündə ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena"da birinci yarıda qapılara qol vurulmayıb.
Qeyd edək ki, qarşılaşmanı argentinalı baş hakim Fakundo Telyo idarə edir.
23:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya - Macarıstan görüşü start götürüb.
"Report" xəbər verir ki, A qrupunun oyunu Ştutqartdakı "MHP Arena"da keçirilir.
Qeyd edək ki, qarşılaşmanı argentinalı baş hakim Fakundo Telyo idarə edir.