AVRO-2024: Portuqaliya ilk qələbəsini qazanıb - YENİLƏNİB - 6

AVRO-2024: Portuqaliya ilk qələbəsini qazanıb - YENİLƏNİB - 6 Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda daha bir matça start verilib.
Futbol
19 İyun , 2024 01:04
AVRO-2024: Portuqaliya ilk qələbəsini qazanıb - YENİLƏNİB - 6

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşü başa çatıb.

"Report" xəbər verir ki, F qrupunda baş tutan matçda Portuqaliya millisi 2:1 hesablı qələbə qazanıb.

62-ci dəqiqədə Lukaş Provodun qolu sayəsində Çexiya millisi hesabda önə keçib. Sonra çexiyalı futbolçu Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olmaqla hesabı bərabərləşdirib. Qarşılaşmada son nöqtəni isə 90+2-ci dəqiqədə Fransisko Konseysao qoyub.

Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

00:49

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşündə hesab dəyişib.

"Report" xəbər verir ki, Portuqaliya millisinin üzvü Fransisko Konseysao 90+2-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb.

Çexiya millisinin heyətində 62-ci dəqiqədə Lukaş Provod fərqlənib. Çexiyalı futbolçu Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb

00:27

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşündə hesab bərabərləşib.

"Report" xəbər verir ki, çexiyalı futbolçu Robin Hranak 69-cu dəqiqədə avtoqol müəllifi olub.

Çexiya millisinin heyətində 62-ci dəqiqədə Lukaş Provod fərqlənib.

Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb

00:03

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda davam edən görüşdə hesab açılmayıb.

Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

23:47

Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində keçirilən Portuqaliya - Çexiya görüşündə ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə 0:0 hesablı bərabərliklə yollanıblar.

Qeyd edək ki, F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda daha bir matça start verilib.

"Report"un məlumatına görə, I turun Portuqaliya - Çexiya qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayıb.

Görüşü italiyalı hakim Marko Quida idarə edir.

F qrupunun digər matçında Türkiyə millisi Gürcüstan komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi