Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tur başa çatıb.
"Report"un məlumatına görə, E qrupunda Belçika yığması Rumıniya ilə üz-üzə gəlib.
Qarşllaşma birincilərin qələbəsi ilə bitib - 2:0. Belçika millisinin heyətində 2-ci dəqiqədə Yuri Tilemans hesabı açıb. 80-ci dəqiqədə Kevin De Bruyne adını tabloya yazdırıb.
Ötən gün baş tutan görüşdə Ukrayna Slovakiyanı 2:1 hesabı ilə üstələyib. F qrupunda dörd komandanın hər birinin 3 xalı var.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunun Belçika - Rumıniya oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Belçika yığması fərqi artırıb - 2:0.
80-ci dəqiqədə Kevin De Bruyne fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunun Belçika - Rumıniya oyununda ikinci hissə start götürüb.
"Report"un məlumatına görə, Belçika yığması hazırda hesabda öndədir - 1:0.
2-ci dəqiqədə Yuri Tilemans fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Belçika yığması fasiləyə öndə yollanıb - 1:0.
2-ci dəqiqədə Yuri Tilemans fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda hesab açılıb.
"Report"un məlumatına görə, belçikalı yarımmüdafiəçi Yuri Tilemans 2-ci dəqiqədə fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun sonuncu matçı başlayıb.
"Report"un məlumatına görə, E qrupundakı Belçika - Rumıniya oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edir.
Qeyd edək ki, Rumıniya ilk görüşdə Ukraynanı üç cavabsız qolla üstələyib. Belçika isə Slovakiyaya minimal hesabla uduzub - 0:1.
AVRO-2024 iyulun 14-də başa çatacaq.