AVRO-2024: Fransa turnirə qələbə ilə start verib - YENİLƏNİB - 4

AVRO-2024: Fransa turnirə qələbə ilə start verib - YENİLƏNİB - 4 Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyuna start verilib.
Futbol
18 İyun , 2024 00:56
AVRO-2024: Fransa turnirə qələbə ilə start verib - YENİLƏNİB - 4

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyun baş tutub.

"Report"un məlumatına görə, Fransa millisi Avstriya ilə üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə avtoqolu fransızlara qələbə qazandırıb.

Ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub edib - 2:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

00:01

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Fransa yığması hazırda hesabda öndədir - 1:0.

Avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.

23:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Fransa yığması fasiləyə öndə yollanıb.

Avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.

23:41

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda hesab açılıb.

"Report"un məlumatına görə, avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyuna start verilib.

"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 23:00-da Avstriya - Fransa matçı başlayıb.

Görüşü ispan Xesus Gil Manzano idarə edir.

Ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub edib - 2:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi