AVRO-2020: Rayan Giqqz Bakıya gəlməyə bilər

AVRO-2020: Rayan Giqqz Bakıya gəlməyə bilər "Komandanın AVRO-2020-yə kimin başçılığı altında gedəcəyi dəqiq bilinmir"
Futbol
13 Aprel , 2021 19:58
AVRO-2020: Rayan Giqqz Bakıya gəlməyə bilər

Futbol üzrə Uels millisinin baş məşqçisi Rayan Giqqz Avropa çempionatını buraxa bilər.

"Report"un məlumatına görə, bu barədə Uels Futbol Assosiasiyasının prezidenti Kiron O Konnor BBC-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, rəfiqəsinə hücumda şübhəli bilinən və bu səbəbdən yığmadan kənarlaşdırılan 48 yaşlı mütəxəssisin vəzifəsinə qayıdışı sual altındadır: "Komandanın AVRO-2020-yə kimin başçılığı altında gedəcəyi dəqiq bilinmir. Giqqz kollektivə qoşula bilsə, əla olacaq. Amma bu baş verməsə, A, B, C və D planlarımız da hazırdır".

O Konnor Avropa çempionatının oyunları zamanı komandanın sükanı arxasında Giqqzin köməkçisi Robert Peycin ola biləcəyini də istina etməyib.

Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Son xəbərlər

Orphus sistemi