“Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
Futbol
- 14 iyun, 2023
- 13:34
“Azərbaycana qələbə üçün gedirik, qalib gəlməliyik”.
“Report”un məlumatına görə, bunu Estoniya yığmasının futbolçusu Karl Yakob Heyn AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
İngiltərənin “Arsenal” klubunun 21 yaşlı qapıçısı iyunun 17-də Bakıda baş tutacaq qarşılaşmaya hazır olduqlarını söyləyib: “Milli komandanın oyunları həmişə böyük önəm kəsb edir. Ölkəni təmsil etmək hər zaman gözəl hissdir. Qarşıdakı oyunlar əvvəlkilər kimi çətin olacaq. Lakin komanda buna hazırdır və hər iki görüşdən xallar almaq istəyirik”.
Qeyd edək ki, iyunun 17-də “Dalğa Arena”da Azərbaycan millisinin qonağı olacaq Estoniya yığması bundan üç gün sonra Belçikanı qəbul edəcək.
Son xəbərlər
23:33
Hakan Fidan Ankarada Rüstəm Umerovla görüşüb
Region23:26
Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan bayrağı ucaldılıb
Digər ölkələr23:23
Polşa miqrasiya paktından azad olmaq üçün Avropa Komissiyasına rəsmi müraciət edib
Digər ölkələr23:07
Hindistan Yeni Dehlidəki partlayışı terror aktı kimi tanıyıb
Digər ölkələr22:52
BAEA Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını açıqlayıb
Region22:37
Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib
Region22:32
Azərbaycan karateçisi: "Üçüncü dəfə İslamiadanın qalibi olduğum üçün çox sevincliyəm"
Fərdi22:27
KİV: Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ABŞ-yə 2 milyard dollara başa gələ bilər
Digər ölkələr22:25